Salome Zurabişvili - İkinci turda mübarizə aparmağa hazıram

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili onun namizədliyinin geri çəkməsi barədə yayılan məlumatları yalanlayıb və prezident seçkilərinin ikinci turunda mübarizə aparmağa hazır olduğunu bildirib.

Cmedia xəbər verir ki, Salome Zurabişvili  oktyabrın 30-da mərkəzi seçki ştabında brifinq keçirib, o brifinqdə çıxış edərək ikinci tura hazır olduğunu deyib.

„Rustavi 2“  düşündüyü kimi xalqı inandırmağa çalışır ki, olabilsin mən namizədliyimi geri çəkim. Necə yəni?, ölkəni  Vaşadzeyə və Rusiyaya güzəştə gedim? tərəfdarlarımı və mübarizə yoldaşlarımı yarı yolda qoyum?! deyəsən onlar məni yaxşı tanımır!- bu barədə prezdentliyə müstəqil namizəd Salome Zurabişvili bildirib. Zurabişvili prezident seçkilərində onu dəstəkləyən seçicilərə və hakim partiyanın fəallarına minnətdarlığını bildirib. O, seçkilərin ikinci turunda mübarizə aparmağa hazır olduğunu deyib vbildirib ki, seçkilərin ilk turunda biriinci yeri tutmaq artıq qalib gəlməkdir. 

Qeyd edək ki, oktyabrın 28-də ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, Salome Zurabişvili 38,64%, Birləşmiş Müxalifət partiyasının namizədi Grigol Vaşadze isə 37,74% səs toplayıb. Prezident seçkilərinin ikinci turu ən gec  dekabrın 2-də keçirilməsi gözlənilir.

Faxralı kəndindən olan gənc beynəlxalq turnirdə çempiyon olub

Oktyabrın 21-də paytaxt Tbilisidiə keçirilən DKD beynəlxalq turnirində K-1 MMA döyüş növü üzrə turnir keçirilib.

 

Cmedia xəbər veririr ki, bu turnirdə Gürcüstanı Bolnisi Munisipalitetinin Talaveri (Faxralı) kəndindən olan Həmid Həsənov təmsil edirdi. Peşəkarlıq statusu əldə etdiyi üçün turnirin birbaşa final mərhələsində iştirak etməyə haqq qazanmış idmançımız, rinqdə Azərbaycan dövlətinin idmançısı ilə qarşılaşıb. Azərbaycanlı idmançını məğlun edərək çempiyon olan idmançımız, bayrağımızı yüksəklərə qaldırıb. 

Zaur Darğallı-, „Rustavi2“-nin,, rəhbəri Nika Gvaramianın ,,SOCAR“ və Rövnəq Abdullayevlə bağlı bildirdiyi təhqiramiz fikirlər tərəfini tutduğu partiyanın Azərbaycana və Gürcüstanda yaşayan Azərbaycanlılara olan münasibətinin bariz nümunəsidir

Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR) prezidenti Rövnəq Abdullayevin Gürcüstana etdiyi işgüzar səfəri çərçivəsində yerli Azərbaycanlı icma ilə görüşünü ,,Vahid Milli Hərəkat“ partiyasının Marneulili nümayəndələrinin etirazla qarşılaması və ,,Rustavi 2“ televizyasının rəhbəri Nika Gvaramianın ,,Feysbuk“ sosial şəbəkəsi vasitəsi ilə bildirdiyi fikirlə ağlı həmin görüşdə iştirak etmiş ,,Kvemo Kartli “  qubernatorunun müavini Zaur Darğallı fikir bildirdi.

Cmedia xəbər verir ki,  Nika Gvaramia „Rustavi2“-nin sujetini paylaşır, hansı ki, sujetdə Azərbaycan dövlət neft şirkətinin „SOCAR“ prezidenti Rövnəq Abdullayev Kvemo Kartlidə mediaya qapalı şəraitdə keçən görüşə səfər etdiyi və yerli əhali ilə görüşərək Salome Zurabişviliyə dəstək olmalarını istədiyi götərilir. . „ xain Zurabişvili - Sokar-tvelonun prezidentiliyinə namizəd! sizə buraxırıq, Azərbaycanlı dostlar! rədd edib aparın və sizinlə qalsın!“ – yazır Nika Gvaramia„Feysbukda“

,, Vahid Milli Hərəkat partiyasının olan ,,Rustavi 2“ telekanalının rəhbəri Nika Gvaramianın ,,SOCAR“ və Rövnəq Abdullayevlə bağlı bildirdiyi təhqiramiz fikirlər Gürcüstanı Sokar-tvelo adlandırması və bir qrup yerli ,,VMH“ nümayəndələrinin həmin görüşdə etiraz aksiyası keçirməsi bu partiyanın Azərbaycana və Gürcüstanda yaşayan Azərbaycanlılara olan münasibətinin bariz nümunəsidir. Onlar həmin o ,,SOCARı“ təhqir edirlər hansı ki, Gürcüstanda unversitetlərdə təhsil alan 3 minə yaxın Azərbaycanlı tələbələrin illik təhsil haqqını ödəyir, bölgədə geniş infrastruktur layihələr həyata keçirir, kəndlərimizi qazlaşdırır, Gürcüstanın ən güclü investorlarından sayılır və Gürcüstanın inkişafında əvəzolunmaz rolu vardır. ,,SOCAR“ prezidenti Rövnəq Abdullayevin Gürcüstana hər səfəri zamanı yerli əhali ilə görüşüb yerlərdə mövcud olan problemlərin müzakirəsini aparması, görəcəkləri işlərlə bağlı əhaliyi məlumatlandırmasını bu gün ,,Vahid Milli Hərəkat“ partiyası öz kirli siyasi oyunlarında istifadə edir və bu şirkətin rəhbərliyini, Azərbaycan Respublikasını və Gürcüstanda yaşayan Azərbaycanlıları təhqir edir“ - deyə saytımıza verdiyi açıqlamada Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı bildirdi.

Qeyd edək ki, oktyabrın 23-də „Rustavi2“-nin rəhbəri Nika Gvaramia sosial şəbəkə „Feysbuk“ vasitəsi ilə bu sözləri yazmışdı. Azərbaycanlı dostlar, Salome Zurabişvilini sizə buraxırıq, rədd edib aparın özünüzlə və sizinlə qalsın.

 

Salome Zurabişvili - 53%, Grigol Vaşadze - 19%, Davit Bakradze - 17% - Gürcü Arzusunun tədqiqatı

„Gürcü Arzusunun“ partiyadaxili apardığı tədqiqata əsasən , hakim partiya tərəfindən dəstəklənən prezdentliyə namizəd Salome Zurabişvili seçkilərin ilk turunda qalib gələcək.

Cmedia xəbər verir ki, parlament fraksiyasının  „Gürcü Arzusu “ rəhbəri, Mamuka Mdinaridzenin bəyanatına görə, sorğuda iştirak edənlərin 27% Salome Zurabişvilinin tərəfini tutur, 10% Grigol Vaşadzenin,  9% isə Davit Bakradzenin. Mimdinaradzenin sözlərinə görə, sorğuda iştirak edənlərin 6%  başqa namizədləri dəstəkləyirlər, 48 % isə seçkiyə getməyi düşünmür və ya hələ kimə səs verəcəyinə qərar verməyib.

„ Alokasiya metodu ilə keçirilən sorğunun nəticəsi olaraq, namizədlərin növbəti səs göstəricləri belədir: Salome Zurabişvili - 53%, Grigol Vaşadze - 19%, Davit Bakradze - 17%, başqa namizədlər - 11%. Qeyd olunan məlumat bunu deməyə əsas verir ki, Salome Zurabişvili oktayabr ayının 21-də baş tutacaq prezident seçkilərinin ilk turundaca qalib gələcək “ - deyə parlament fraksiyasının  „Gürcü Arzusu “ rəhbəri, Mamuka Mdinaridze deyib.

Login Form

Son xəbərlər