Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün Azərbaycana rəsmi səfər edib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycanda rəsmi səfərdədir. Baş nazir Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.

Cmedia xəbər veiriki, Səfər zamanı Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadzeni Baş nazirin müavini, daxili işlər naziri Qiorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, parlament sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri, dostluq qrupunun üzvləri parlament deputatları Ruslan Haciyev, Savalan Mirzəyev, Mahir Dərziyev və digər rəsmi şəxslər müşayiət edirlər.

Angela Merkel: "Gürcüstan və Ukraynanın daha çox Avropa perspektivi var"

Almaniya kansleri Angela Merkel Gürcüstana rəsmi səfəri çərçivəsində, Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə Almaniya xarici işlər naziri Hayko Maasın bəyanatı ilə bağlı verilən sualı cavablandırıb.

Cmedia xəbər verir ki, "Almaniyanın Şərqi Avropa siyasətinə gəlincə, bu, yeni təşəbbüs deyil. Hayko Maas yalnız Avropa İttifaqının qonşusu olan Rusiya ilə yaxşı əlaqələr olmasının əhəmiyyətini vurğulayıb. Amma digər tərəfdən, Şərqi Avropa ilə bağlı bizə aydın siyasət lazımdır. Bura Gürcüstan, Azərbaycan, Ermənistan daxildir. Lakin Gürcüstan və Ukraynanın daha çox Avropa perspektivi var. Yaxın 10 il ərzində gələcəkdə görülməli olan işləri açıqlayacağıq", - A.Merkel deyib.

Baş nazir Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək

Mamuka Baxtadze Az'rbaycana iki günlük işgüzar səfər edəcək. 

Cmedia xəbər verir ki, səfər çərçivəsində baş nazir Bakıda bir sıra önəmli görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

Baş nazir Mamuka Baxtadze Qurban Bayramı münasibəti ilə Tbilisi “Cümə” məscidinə gedib və müsəlmanları təbrik edib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bü gün müqəddəs Qurban bayramı münasibəti ilə Tbilisi “Cümə” məscidində olub.

Cmedia xəbər verir ki, Baş nazir ölkə və dünya müsəlmanlarını müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. M. Baxtadze məscidə toplaşan müsəlmanlar qarşısında çıxış edərək deyib: “Qurban bayramı birlik, dostluq və sülh şəraitində yaşamaq üçün rəmzlərlədolu bir bayramdır. Bu bayram kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır. Bu gün əziz bayramı həmvətənlilərimlə birgə qeyd etdiyimdən çox şadam”. O çıxışı zamanı qeyd edib ki, “Əsrlər boyu Gürcüstanda bütün dinlər və etnik qruplar birgə güclü bir dövlət qurdular. Tarixdə olduğu kimi bu gün də keçmişin davamçıları olan yeni nəsil də əl-ələ verərək ölkənin inkişafına öz töhfələrini verməkdədirlər”.

Sonra Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze son zamanlar dövlətin ənənəvi dinlərə verdiyi dəstəkdən və dini sahədə görülən işlərdən danışdı.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi, hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi hacı Beqlar Kamaşidze və şərqi Gürcüstanın müftisi hacı Yasin Əliyev çıxıçları zamanı öncə iştirakçıları salamlayıb sonra Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allahdan onların dualarının, kəsilən qurbanların qəbul olunmasını diləyiblər. Gürcüstanım hökümət başçısına minnətdarlıq edib, dövlət tərəfindən son zamanlar göstərilən diqqət və qayğını müsbət qiymətləndiriblər. Din xadimləri çıxışlarının sonunda ölkə, dünya və dövlət üçün dualar edib, xoş arzularını bildiriblər.

Tədbirdə Azərbaycanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Kazaxıstanın səfiri də çıxış edərək bayram münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar.
Sonda Baş nazirə din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası Baş nazir məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, İran, Kazakıstan, İraq və digər müsəlman ölkələrinin səfirləri və Türkiyənin səfirlik nümayəndəsi ilə bir araya gəlib.

Login Form