MSK oktyabrda baş tutacaq prezident seçkiləri üçün 42 milyon lari ayırıb

Oktyabır ayının 28-də baş tutacaq prezident seçkilərinə təxminən 42 milyon lari (təqribən 16,5 milyon dollar) vəsait ayrılıb.

Cmedia xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Mərkəzi Seçki komisiyasının sədri sədri Tamar Jvaniya məlumat verib.

Onun sözlərinə görə, bu məbləğin təqribən 1,2 milyon lari seçkilərlə bağlı treninqlərin təşkilinə, 9 milyonu prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələrinin televiziya vasitəsilə təbliğatına xərclənəcək.

Jvaniya bildirib ki, əvvəllər prezident seçkiləri üçün 39 milyon lari nəzərdə tutulmuşdu. Bu məbləğ seçki kampanyasının başlamasından əvvəl, seçkilərə 60 gün qalmış elan olunduğu vaxta görə nəzərdə tutulub. Amma seçki kampaniyası daha tez elan olunduğu üçün əlavə xərclərin yaranmasına gətirib çıxarıb və bu məbləğdə artırıla bilər.

 

Gürcüstan vətəndaşları artıq ikili vətəndaşlıq ala biləcəklər

 Gürcüstan vətəndaşları artıq başqa ölkənin vətəndaşlığını aldıqları təqdirdə ölkə vətəndaşlığından məhrum edilməyəcəklər.

Cmedia xəbər verir ki, bu kateqoriyadan olan şəxslər "Gürcüstan vətəndaşlığı haqqında" qanuna edilən dəyişikliklərin müəyyən şərtlərinə uyğun gəlməlidirlər.

İlk olaraq bu barədə  2017-ci ilin sentyabr ayında ölkə parlamenti Gürcüstan vətəndaşlığından məhrumetməyə qadağa qoyulan Konstitusiyaya düzəlişləri qəbul edib. Düzəlişlər 2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minməli idi, lakin aprel ayında parlament proseduru sürətləndirməyə qərar verib.

Bu gün üçün başqa ölkənin pasportunu almamışdan əvvəl Gürcüstan hökumətinin razılığının əldə olunacağı halda vətəndaşlığı saxlamaq olar. 2020-ci il dekabrın 31-dən etibarən isə Gürcüstan vətəndaşlığından məhrum edilmək istənilən halda qadağan ediləcək.

Başqa ölkədə doğulub oranın vətəndaşlığını alan uşqalar isə, onlar 18 yaşa qədər Gürcüstan vətəndaşlığını qoruyacaq. Vətəndaşlığın saxlanılması üçün uşaqların qanuni nümayəndələri əvvəlcədən müvafiq sənədlərlə Gürcüstan hökumətinə müraciət etməlidirlər.

Azərbaycanın Gürcüstandakı səfirliyi qəzaya düşən azərbaycanlıları ziyarət edib

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları avqustun 11-də ölkəizdə qəzaya düşən azərbaycanlıların vəziyyəti ilə maraqlanıb. Onlara müvafiq köməklik göstəriləcəyini deyiblər.

"Onlardan birinin cərrahiyyə əməliyyatına ehtiyacı var. Bununla əlaqədar Gürcüstanın müvafiq qurumları ilə əlaqə saxlanılıb. Yaralılara Azərbaycana qayıtmaları üçün müvafiq köməklik göstəriləcək", - səfirlikdən bildirilib.

Qeyd edək ki, avqustun 11-də Tbilisidə azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı iki Gürcüstan, aralarında azyaşlı uşaq da olmaqla 5 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.

Gürcüstanda prezident seçkilərinin vaxtı məlum olub

Gürcüstanda qarşıdan gələn prezident seçkilərinin vaxtı məlum olub. Giorgi Marqvelaşvili baş nazir Mamuka Baxtadze ilə prezident seçkilərinin keçirilmə vaxtı ilə bağlı müzakirələr yekunlaşıb.

Cmedia xəbər verir ki,Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu barədə prezident yaxın vaxtlarda xüsusi brifinqdə açıqlayacaq. Seçki məcəlləsinə əsasən, Gürcüstanda prezident seçkilərinin vaxtının təyinatı rəsmiləşəndən dərhal sonra seçkiqabağı kampaniyaya start veriləcək. Prezident seçkilərndə Vahid Milli Hərəkat partiyasının başçılığı ilə 10 partiyanın birgə namizədi Grigol Vaşadze, Avropalı Gürcsütan partiyasınından Davit Bakradze, müstəqil namizəd Salome Zurabişvili və Girçi partiyasından Zur Caparidze iştirak edəcək. Hakim partiya isə prezident seçkilərində namizəd təqdim etməyib, partiya müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyəcək.

Login Form

Son xəbərlər