Salome Zurabişvili - 53%, Grigol Vaşadze - 19%, Davit Bakradze - 17% - Gürcü Arzusunun tədqiqatı

„Gürcü Arzusunun“ partiyadaxili apardığı tədqiqata əsasən , hakim partiya tərəfindən dəstəklənən prezdentliyə namizəd Salome Zurabişvili seçkilərin ilk turunda qalib gələcək.

Cmedia xəbər verir ki, parlament fraksiyasının  „Gürcü Arzusu “ rəhbəri, Mamuka Mdinaridzenin bəyanatına görə, sorğuda iştirak edənlərin 27% Salome Zurabişvilinin tərəfini tutur, 10% Grigol Vaşadzenin,  9% isə Davit Bakradzenin. Mimdinaradzenin sözlərinə görə, sorğuda iştirak edənlərin 6%  başqa namizədləri dəstəkləyirlər, 48 % isə seçkiyə getməyi düşünmür və ya hələ kimə səs verəcəyinə qərar verməyib.

„ Alokasiya metodu ilə keçirilən sorğunun nəticəsi olaraq, namizədlərin növbəti səs göstəricləri belədir: Salome Zurabişvili - 53%, Grigol Vaşadze - 19%, Davit Bakradze - 17%, başqa namizədlər - 11%. Qeyd olunan məlumat bunu deməyə əsas verir ki, Salome Zurabişvili oktayabr ayının 21-də baş tutacaq prezident seçkilərinin ilk turundaca qalib gələcək “ - deyə parlament fraksiyasının  „Gürcü Arzusu “ rəhbəri, Mamuka Mdinaridze deyib.

Temur Abazovun növbəti məhkəməsi baş tutub

 Gürcüstanın Rustavi şəhər məhkəməsində Marneuli şəhərinin sabiq meri Temur Abazovun işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmə prosesi zamanı T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. İttihamlara şəxsi həyatı əks etdirən materialın əldə olunması, internet və sosial şəbəkələrdə yayılması da əlavə olunub. Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib. Müdafiə tərəfi istintaqın başa çatdığını bildirərək, T.Abazovun azadlığa buraxılmasını tələb edib. Məhkəmə T.Abazovun həbsdə saxlanılması barədə qərar qəbul edib. İş üzrə növbəti məhkəmə iclası sentyabrın 20-nə təyin olunub.T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.

Ölkəmizdə niqab və çadradan istifadə qadağan oluna bilər

Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması təklif edilir. Bununla bağlı Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıb.

Cmedia xəbər veririr ki, layihəyə əsasən, meydan, park, bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulur. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq oluna bilər. Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.

Sənəddə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər ölkəmizə gələn turistlərin sayının artması ilə bağlıdır: “Üzü bağlayan geyimlər şəxsin identifikasiyasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır". Demokratik üsul idarəsinə sahib olan, insan haqlarının ən çox qorunduğu və multikulturallığı, tolerantlığı ilə bir çox ölkələrə nümunə olan və bu azad mühitə görə hər il milyonlarca turist cəlb edən ölkəmizdə bu qanunun qəbul olub olunmayacağı hələki dəqiq deyil. 

Millimiz Səfərdə Qazaxıstanı 2:0 hesabı ilə məğlub edib

UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının ilk qarşılaşması baş tutub. İlk qarşılaşma D liqasında yer alan millimizlə Qazaxıstan millisi arasında baş tutub.

Cmedia xəbər verir ki, D Liqasında Qazaxıstan yığması ilə səfərdə oynayan Gürcüstan millisi ilə üz-üzə gəlib. Qarşılaşmanı millimiz  2:0 hesablı qələbəbaşa vurub.

Qeyd edək ki, Millətlər Liqasında I turun oyunları 6, 7 və 8 sentyabr tarixlərində keçirilir.   

Login Form

Son xəbərlər