Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin rəhbərinə “Gürcüstanın incəsənət xadimi” fəxri adı verilib

Paytaxt Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rəhbəri Leyla Əliyeva “Gürcüstanın incəsənət xadimi”  fəxri adına layiq görülüb. 


Cmedia xəbər verir ki,  Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Qiorqadze, fəxri adı və qızıl döş nişanını muzeydə L.Əliyevaya təqdim edib.
Nazir müavini Qiorqadze, L.Əliyeva bu fəxri ada Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə verdiyi töhfəyə görə layiq görüldüyünü və .ölkəmizdə mədəniyyətin inkişafına verdiyi töhvələrə görə verildiyini deyib. L. Əliyeva isə öz növbəsində onun fəaliyyətinə dövlət səviyyəsində verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. 

Qeyd edək ki, L.Əliyeva 2008-ci ildən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəridir.

 

Login Form

Son xəbərlər