Keçmiş qubernator Davit Kirikitadze həbs olunub

Dekabrın 17-də  “Vahid Milli Hərəkat” partiyasının üzvü, eks parlamentari, eks qubernator müavini David Kirkitadze həbs olunub. Kirkitadzeni  Tiflis şəhərində hüquq mühafizə orqanının əməkdaşları tərəfindən təqsindirilən şəxs qismində saxlayıblar.

 

Cmedia xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Davit Krikitadze Velisçixe kəndində müxalifət və polis arasında baş verən ixtişaşlar zamanı tutduğu hərəkətlərə görə DİN tərəfindən saxlanılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili açıqlama verib.

,, Aksiya zamanı təqsindirilən şəxsin qeyri qanuni hərkətləri nəzərə çarpdığı üçün o istintaqa cəlb olunub, gün ərzində müxalifətin keçirtidyi aksiyada baş vermiş bütün hadisələrin video materialları nəzərdən keçirilib, müxalifət üzvlərinin aksiya zamanı etdiyi hərkətlər dəyərləndirilərək hüquqi ölçülər götürüləcək. Aksiya zamanı müxalifəət üzvləri tərəfindən,  hüquq mühafizə orqanlarının əməkdaşlarına və parlament üzvlərinə fiiziki hücum edilib, tərəfimizdən bu cinayətləri kimin törətməyindən asılı olmayaraq hüquqi ölçülər götürüləcək və bütün cinayətkarlar qanun qarşısında cavab verəcəklər.”,- deyə Natia Mezvrişvili qeyd edibildirib.

 

Qeyd edək ki, David Kirkitadze Mixail Saakaşvilinin dönəmi zamanı Kvemo-Kartli qubernatoru olub.

Login Form

Son xəbərlər