Giorgi Mirianişvili- Samirə İsmayilova son iki seçkilərdə öz kəndində məğlub olur

 Bolnisi Munisipalitetinin  “Gürcü Arzusu Demokratik Gürcüstan” fraksiyasının rəhbəri Giorgi Mirianişvili Cmedia-ya açıqlama verib. O, Bolnisidə olan siyasi vəziyyəti  və 2018-ci il prezident seçkilərində gedən  prosesləri dəyərləndirib.

,, Bolnisidə seçkilər sakit və demokratik şəraitdə keçdi,  hər bir seçicinin öz iradəsi ilə azad şəkildə siyasi seçimini etmək imkanı var idi. Seçki kampaniyası və seçki prosesi zamanı  “ Vahid Milli Hərəkat“ partiyasının nümayəndələri  bir çox qeyri qanuni yollara əl atırdılar və provakasiya hazırlamğa çalışırdılar, sözsüzki biz bu provakasiyaları hüquqi müstəvidə və sakit çərçivədə neytrallaşdırıraraq qarşısını alırdıq.

Mən  rayonumuzda “ Vahid Milli Hərəkat“  partiyasının seçki qabağı kampaniya zamanı verdikləri yalan vədlərə və seçicini səhf yönləndirmələrinə diqqət çəkmək istərdim. Diqqətinizə çatdırmaq istəyirəm ki,  Bolnisidə bütün bu absurt vədləri və əhalini aldatmaq cəhdlərini həyata keçirən “ Vahid Milli Hərəkatın“  Bolnisi rayonunun partiya sədri Samirə İsmayilova idi. Hansı ki, Bolnisidə keçirilən və iştirak etdiyi bütün seçkilərdə əzici məğlubiyyətə uğrayıb.  Onun siyasi çəkisi və tərəfdarlarının sayısı, mənsub olduğu partiyanın Bolnisi rayonunda uğursuzluğu  hər şeyi gün kimi orataya çıxarır, və şəxsən onun öz kəndindəki  ona qarşı necə əhaval ruhiyyə olduğunu 2017-ci və 2018-ci ildə gördük. 2017-ci ildə yerli özünü idarəetmə seçkilərində hansı ki, Darvaz icmasından majoritarlığa namizəd olmuşdu və cəmi 15,73 % səs toplaya bilmişdi.  Bu ildə prezident seçkilərində ümümi  Bolnisi Munisipalieteində də və Darvaz kəndində də məğlub oldular hansı ki, İsmayilova Darvaz kəndidəndir və onun kənddə qohumluq əlaqələri var” – deyə Giorgi Mirianişvili bildirdi.

Mirianişvili, sözlərinə əlavə olaraq söylədi ki, mən hər bir seçicimizə bizə güvəndikləri üçün, bizim tərəfimizi tutduqlları üçün,öz minnətdarlığımı bildirirəm.  Mən bizim xalqımızın düzgün siyasi baxışlarından əmin idim hansı ki,  onların ayrı-ayrılıqda hər biri ölkənin inkişafı və rifahı namninə səs verdilər.

Login Form

Son xəbərlər