Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Salome Zurabişvilini Gürcüstan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Noyabrın 28-də ölkəmizdə keçirilən Prezident seçkilərinin 2-ci turunda müstəqil namizəd Salome Zurabişvili, Gürcüstanın son dəfə ümümi xalq seçimi ilə seçilən ilk qadın Prezidenti seçilib.

Cmedia xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Salome Zurabişvilini Gürcüstan Prezidenti seçilməsi münasibəti  ilə təbrik edib.

,, Hörmətli xanım Zurabişvili, Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm." - Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti.

Login Form

Son xəbərlər