Grigol Vaşadze - Mən Rusiyanı çox sevirəm və eyni dərəcədə özümü rus hesab edirəm

İmedi telekanalı  „Vahid Milli Hərəkatın“ prezidentliyə namizədi, Grigol Vaşadzenin Ukrayna televiziyasına verdiyi intervyu ilə bağlı sujet hzırlayıb. „Vahid Milli Hərəkatın“ prezidentliyə namizədi, Grigol Vaşadzenin Ukrayna televiziyasına verdiyi intervyu o qədər skandallıdır ki, onu oxumaqdan və fikir bildirməkdən Vaşadzenin seçki ştabının rəhbəridə imtina edib.

Cmedia xəbər verir ki, İntervyu Gürcüstanın o zamanki xarici işlər naziri ilə 2009-cu ildə, avqust müharibəsindən 6 ay sonra lentə alınıb.Grigol Vaşadze deyir ki, müharibə ilə Rusiyanın heç bir əlaqəsi yoxdur : bir tərəfədən o avqust müharibəsini qınayır və eyni zamanda bu ölkəyə qarşı böyük sevgisini bəyan edir.

„Heçnəyə baxmayaraq: Mən Rusiyanı çox sevirəm və eyni dərəcədə özümü rus hesab edirəm. Sevmirəmki bu müharibədə „Rusiya“ deyillər, ona görə ki, Rusiyanın bu utanc verici müharibə ilə bağlı heç bir əlaqəsi yoxdur. Hakimiyyət strukturlarına gəldikdə isə, inanın ki, onlar çox yaxşı anlayırlarki çıxılmaz vəziyyətdə qaldılar, siyasətçi üçün və diplomat üçün bundan betər vəziyyət yoxdur“ - deyə Griqol Vaşadze intervyuda deyir. 

„Vahid Milli Hərəkat“ və onun prezdentliyə namizədi Grigol Vaşadze 2018-ci ilin seçki kampaniyasını rəqibinin Rusiya ilə hər hansı əlaqəsinin olması və onun tərəfini tutmasında günahlandıraraq qurmuşdular.  Onlar sübut etməyə çalışır ki, 2008-ci ildə müharibədə Gürcüstanın o zamanki hakimiyyəti və prezident Saakaşvilinin  ölkədə qeyri-sabitlik yaratması və buraxdığı səhflər barədə danışmaq xainliyə və Rusiyaya sevgiyə bərabərdir. 

Qeyd edək ki, „Gürcü Arzusu“ tərəfindən dəstəklənən müstəqil namizəd Salome Zurabişvili Fransada doğulmuş gürcü emiqrant və diplomatdır.

„Vahid Milli Hərəkatın“ namizədi Grigol Vaşadze həyatının çox hissəsini Sovetlər Birliyi zamanı, Moskvada keçirib, sonra isə Rusiyanın dövlət strukturalarında işləyib.

Login Form

Son xəbərlər