Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Çixelaşvili Marneulidə, Bolnisidə və Dmanisidə yaşayan etnik azərbaycanlı qadın nümayəndələrlə görüşüb

Gürcüstanda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş həftəsi çərçivəsində, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Çixelaşvili Marneulidə, Bolnisidə və Dmanisidə yaşayan etnik azərbaycanlı qadın nümayəndələrlə görüşüb.

Cmedia xəbər verir ki, Görüşdə Ketevan Çixelaşvili İlə yanaşı, müavini  Liya Gigauri və Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədovda iştirak edirdilər. K.Çixelaşvili azərbaycanlı qadınların problemləri tanış olub və onların ictimai həyatda önəmli rollarının olduğunu söyləyib.

 “Azərbaycanlı qadınlarən ölkəmizin və bölgənin  inkişafında böyük rolları var. Mən buna görə, çox qürur duyuram. Bizim ölkəmiz tolerantlığı və rəngarəngliyi ilə hər zaman nümunə olub. Ölkəmizdə hamı bərabər hüquqludur və ölkəmizin siyasi ictimai və bütün sahələrində hər bir vətəndaşımızın iştirak etməsi qürur vericidir.” - deyə Çixelaşvili deyib. 

 

Login Form

Son xəbərlər