MSK ikinci turun keçirilməsi üçün 10 milyon lari pul ayırıb

Bu il ölkəmizdə noyabrın 28-də keçiriləcək Prezident seçkilərinin ikinci turunun vaxtı məlum olduqdan sonra, MSK seçkilərin keçirilməsi üçün dövlət büdcəsindən 10 milyon lari pul ayırıb.

Cmedia xəbər verir ki, MSK tərəfində seçkilərin ikinci turu üçün nəzərdə tutulan 10 milyon lari məbləğ seçkilərə hazırlıq, seçki subyektlərinin maliyyələşdirilməsi və televizya və digər reklam vasitələri, afişalar, bilborderlər və.s xərclər üçün nəzərdə tutulub. MSK seçkilərin birinci turu üçün 30 milyon laridən çox məbləğ ayırmışdı.

Login Form

Son xəbərlər