Əff olunsa belə, Mixail Saakaşvili Gürcüstana gəldiyi anda həbs olunacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, əff olunsa belə, ölkəyə gələr gəlməz həbs olunacaq. Saakaşvilini cinayət məcəlləsinin iki bəndinə əsasən, həbs gözləyir.

 

Cmedia interpressnewss-a istinadən xəbər verir ki,  GGHA-nın hüquqçusu Revaz Acaradzenin bəyanatına görə, bir şəxsə qarşı açılmış cinayət işi nəticələnməmiş onu əff etmək olmaz. Hal hazırda keçmiş prezidentə qarşı açılmış iki cinayət işi var və o sərhəddi keçdikdə saxlanaraq həbs olunacaq.  

„ Apelasiya məhkəməsinə gəldikdə isə, bunun heç bir  fərqi yoxdur,işin araşdırması hansı etapdadır - apelasiya və yaxud ali məhkəmədədir, ona görə ki, ilk cinayət işinin qaldırılması artıq şəxsin məhkum həyatı yaşaması mənasına gəlir və şəxs həbs olunmalıdır, yalnız bundan sonra, konstitusyanın verdiyi hüuqa dayanarq, prezident məhkumu əfv edə bilər. ancaq, prezidentin burdada bir mədudiyyəti var, hansı ki, şəxsin işinin hansı məhkəmədə olmasının apelasiya və ya ali məhkəmədə bir fərqi yoxdur. Saxlanılan şəxsin işi məhkəmədə davam edirsə o günahkar hesab edillir, məhkum yox. Şəxs günahkar hesab edilir və məhkum hesab edilmirsə, məhkəmə yekun qərarı verənə qədər, şəxs günahkar heab olunur və belə olan halda prezidentin günahkarı əfv etmə hüququ yoxdur.  Bun görədə, iş davam etdirilir, əgər günahkar hesab edilir və ona qarşı cinayət işi açılıb və həbsi nəzərdə tutulurdsa, Gürcüstanın sərhəddini keçər-keçməz həbs olunacaq“, - deyə Acaradze bildirib.

Qeyd edək ki, Mixail Saakaşviliyə iki cinayət işi açılıb. Bunlardan biri 2007-ci ilin noyabrın 7-də İmedi telekanalının binasına basqın düzənlətmək və Badri Patarkaçişvilinin mülkini mənimsəmək və dövlət müdafisinin speç xidmətinin büdcəsini dağıtmaq işi. Digəri isə, Sandro Girgvilianinin və Valeri Gelaşvilinin döyülməsi ilə bağlı açılmış işidir.

Login Form

Son xəbərlər