Zaur Darğallı-Çox təəssüf olsun ki,VMH partiyası və partiyanın yerli nümayəndələri, populist və yalanlarla dolu siyasi və qaralama kampaniyaları apararaq, vətəndaşlarımızı aldadırlar

 

Cmedia xəbər verir ki VMH partiyasının Marneuli rayonu üzrə seçki ştabının sədri Aqil Mustafayevin 24news.ge saytına verdiyi açıqlamaya cavab olaraq, Kvemo Kartli Qubernatorunun muavini Zaur Darğallı şəxsi Facebook səhfəsində status paylaşıb.

 

Həmin statusu sizə təqdim edirik:

Çox təəssüf olsun ki, müxalif partiyanın yerli nümayəndələri, siyasi mədəniyyətin olmadığı, populist və yalanlarla dolu siyasi kampaniya aparırlar.

- Biz gələn kimi pensiyayı 400 lari edəcəyik! şüarı altında seçiciləri aldadırlar (ölkədə 700 min pensioner var, onların səsini oğurlamağa yönəlmiş şüar) Aqil bəy intervyuda qəbul edir ki prezidentin elə səlahiyyəti yoxdur, ,,biz hakimiyyətə galsək edə bilərik,,- deyir.

Həkimiyyətə gəlmək üçün parlament çoxluğunu əldə etmək lazımdır, parlament seçkiləri isə 2020 ildədir, yəni müxalifət parlament seçkiləri üçün verilə biləcək vədləri verir.

Parlament seçkisi olsa belə 400 lari pensiya qaldırmaq bu deməkdirki müəllimlər, dövlət işçiləri, yanğın söndürənlər və.s aylıqsız qalacaq, Aqil bəy deyirki etaplı şəkildə qaldırmağı düşünürük, etaplı şəkildə nə deməkdir? Yəni illər ərzində.

Aqil bəy deyirki 2012-ci ildə pensiya 160 lari idi, buda yalandır 2012 ildə pensiya 110 lari təşkil edirdi.

Real olan odur ki Yanvar ayında pensiya 200 lari təşkil edəcək, və etaplı şəkildə artım davam edəcək.

Siz yalanlar üzərində qurulmuş seçki kampaniyası aparırsız, kəndlərdə insanlar elə bilirki prezident seçkilərində 5 qalib gəlsə onların kreditləri silinəcək, pensiyalar qaldıracaq.

Verdiyiniz bütün vədlər yalandır, onu etməyə nə prezidentin səlahiyyəti yoxdur, nədə reallığa uyğun olan vədlər deyil.

Mixail Saakaşvilinin Gürcüstana qayıtmağı isə bu seçki kampaniyası çərçivəsində apardığınız yalanların ən böyük olanıdır.

Mixail Saakaşvili bu durumda Gürcüstana qayıtmaz, çünki bilir ki, ona qarşı həbs cəzası kəsilib və həbs olunduğu halda prezidentin onu amnistiya etmək səlahiyyətidə yoxdur, bu səlahiyyətdə parlamentə aiddir, parlament çoxluğu isə ,,Gürcü Arzusu,, partiyasının əlindədir.

Deyirsiz ki, prezident əfv edə bilir, bəli edə bilir, ancaq əfv olmaq üçün qanuna əsasən cəzanın yarsını oturmaq lazımdır.

Birdə, unutmayaq ki ölkənin 3 cü prezidenti Ukrainada qubernator olmaq üçün, prezidenti olduğu ölkənin vətəndaşlığından çıxmışdır.

Xalqımızı az aldadaq!

Login Form

Son xəbərlər