Salome Zurabişvili - İkinci turda mübarizə aparmağa hazıram

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili onun namizədliyinin geri çəkməsi barədə yayılan məlumatları yalanlayıb və prezident seçkilərinin ikinci turunda mübarizə aparmağa hazır olduğunu bildirib.

Cmedia xəbər verir ki, Salome Zurabişvili  oktyabrın 30-da mərkəzi seçki ştabında brifinq keçirib, o brifinqdə çıxış edərək ikinci tura hazır olduğunu deyib.

„Rustavi 2“  düşündüyü kimi xalqı inandırmağa çalışır ki, olabilsin mən namizədliyimi geri çəkim. Necə yəni?, ölkəni  Vaşadzeyə və Rusiyaya güzəştə gedim? tərəfdarlarımı və mübarizə yoldaşlarımı yarı yolda qoyum?! deyəsən onlar məni yaxşı tanımır!- bu barədə prezdentliyə müstəqil namizəd Salome Zurabişvili bildirib. Zurabişvili prezident seçkilərində onu dəstəkləyən seçicilərə və hakim partiyanın fəallarına minnətdarlığını bildirib. O, seçkilərin ikinci turunda mübarizə aparmağa hazır olduğunu deyib vbildirib ki, seçkilərin ilk turunda biriinci yeri tutmaq artıq qalib gəlməkdir. 

Qeyd edək ki, oktyabrın 28-də ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, Salome Zurabişvili 38,64%, Birləşmiş Müxalifət partiyasının namizədi Grigol Vaşadze isə 37,74% səs toplayıb. Prezident seçkilərinin ikinci turu ən gec  dekabrın 2-də keçirilməsi gözlənilir.

Login Form

Son xəbərlər