Zaur Darğallı-, „Rustavi2“-nin,, rəhbəri Nika Gvaramianın ,,SOCAR“ və Rövnəq Abdullayevlə bağlı bildirdiyi təhqiramiz fikirlər tərəfini tutduğu partiyanın Azərbaycana və Gürcüstanda yaşayan Azərbaycanlılara olan münasibətinin bariz nümunəsidir

Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR) prezidenti Rövnəq Abdullayevin Gürcüstana etdiyi işgüzar səfəri çərçivəsində yerli Azərbaycanlı icma ilə görüşünü ,,Vahid Milli Hərəkat“ partiyasının Marneulili nümayəndələrinin etirazla qarşılaması və ,,Rustavi 2“ televizyasının rəhbəri Nika Gvaramianın ,,Feysbuk“ sosial şəbəkəsi vasitəsi ilə bildirdiyi fikirlə ağlı həmin görüşdə iştirak etmiş ,,Kvemo Kartli “  qubernatorunun müavini Zaur Darğallı fikir bildirdi.

Cmedia xəbər verir ki,  Nika Gvaramia „Rustavi2“-nin sujetini paylaşır, hansı ki, sujetdə Azərbaycan dövlət neft şirkətinin „SOCAR“ prezidenti Rövnəq Abdullayev Kvemo Kartlidə mediaya qapalı şəraitdə keçən görüşə səfər etdiyi və yerli əhali ilə görüşərək Salome Zurabişviliyə dəstək olmalarını istədiyi götərilir. . „ xain Zurabişvili - Sokar-tvelonun prezidentiliyinə namizəd! sizə buraxırıq, Azərbaycanlı dostlar! rədd edib aparın və sizinlə qalsın!“ – yazır Nika Gvaramia„Feysbukda“

,, Vahid Milli Hərəkat partiyasının olan ,,Rustavi 2“ telekanalının rəhbəri Nika Gvaramianın ,,SOCAR“ və Rövnəq Abdullayevlə bağlı bildirdiyi təhqiramiz fikirlər Gürcüstanı Sokar-tvelo adlandırması və bir qrup yerli ,,VMH“ nümayəndələrinin həmin görüşdə etiraz aksiyası keçirməsi bu partiyanın Azərbaycana və Gürcüstanda yaşayan Azərbaycanlılara olan münasibətinin bariz nümunəsidir. Onlar həmin o ,,SOCARı“ təhqir edirlər hansı ki, Gürcüstanda unversitetlərdə təhsil alan 3 minə yaxın Azərbaycanlı tələbələrin illik təhsil haqqını ödəyir, bölgədə geniş infrastruktur layihələr həyata keçirir, kəndlərimizi qazlaşdırır, Gürcüstanın ən güclü investorlarından sayılır və Gürcüstanın inkişafında əvəzolunmaz rolu vardır. ,,SOCAR“ prezidenti Rövnəq Abdullayevin Gürcüstana hər səfəri zamanı yerli əhali ilə görüşüb yerlərdə mövcud olan problemlərin müzakirəsini aparması, görəcəkləri işlərlə bağlı əhaliyi məlumatlandırmasını bu gün ,,Vahid Milli Hərəkat“ partiyası öz kirli siyasi oyunlarında istifadə edir və bu şirkətin rəhbərliyini, Azərbaycan Respublikasını və Gürcüstanda yaşayan Azərbaycanlıları təhqir edir“ - deyə saytımıza verdiyi açıqlamada Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı bildirdi.

Qeyd edək ki, oktyabrın 23-də „Rustavi2“-nin rəhbəri Nika Gvaramia sosial şəbəkə „Feysbuk“ vasitəsi ilə bu sözləri yazmışdı. Azərbaycanlı dostlar, Salome Zurabişvilini sizə buraxırıq, rədd edib aparın özünüzlə və sizinlə qalsın.

 

Login Form

Son xəbərlər