Baş nazir Mamuka Baxtadze Qurban Bayramı münasibəti ilə Tbilisi “Cümə” məscidinə gedib və müsəlmanları təbrik edib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bü gün müqəddəs Qurban bayramı münasibəti ilə Tbilisi “Cümə” məscidində olub.

Cmedia xəbər verir ki, Baş nazir ölkə və dünya müsəlmanlarını müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. M. Baxtadze məscidə toplaşan müsəlmanlar qarşısında çıxış edərək deyib: “Qurban bayramı birlik, dostluq və sülh şəraitində yaşamaq üçün rəmzlərlədolu bir bayramdır. Bu bayram kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır. Bu gün əziz bayramı həmvətənlilərimlə birgə qeyd etdiyimdən çox şadam”. O çıxışı zamanı qeyd edib ki, “Əsrlər boyu Gürcüstanda bütün dinlər və etnik qruplar birgə güclü bir dövlət qurdular. Tarixdə olduğu kimi bu gün də keçmişin davamçıları olan yeni nəsil də əl-ələ verərək ölkənin inkişafına öz töhfələrini verməkdədirlər”.

Sonra Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze son zamanlar dövlətin ənənəvi dinlərə verdiyi dəstəkdən və dini sahədə görülən işlərdən danışdı.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi, hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi hacı Beqlar Kamaşidze və şərqi Gürcüstanın müftisi hacı Yasin Əliyev çıxıçları zamanı öncə iştirakçıları salamlayıb sonra Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allahdan onların dualarının, kəsilən qurbanların qəbul olunmasını diləyiblər. Gürcüstanım hökümət başçısına minnətdarlıq edib, dövlət tərəfindən son zamanlar göstərilən diqqət və qayğını müsbət qiymətləndiriblər. Din xadimləri çıxışlarının sonunda ölkə, dünya və dövlət üçün dualar edib, xoş arzularını bildiriblər.

Tədbirdə Azərbaycanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Kazaxıstanın səfiri də çıxış edərək bayram münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar.
Sonda Baş nazirə din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası Baş nazir məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, İran, Kazakıstan, İraq və digər müsəlman ölkələrinin səfirləri və Türkiyənin səfirlik nümayəndəsi ilə bir araya gəlib.

Login Form

Son xəbərlər