Parlament Gürcüstanda yaşamaq istəyənlər üçün qaydaları sərtləşdirəcək

Gürcüstan parlamenti əcnəbilərin yaşayış icazəsi almaq qaydalarını sərtləşdirməsi ilə bağlı, yeni qanun layihəsinin qəbul etməyə hazırlaşır.

Cmedia xəbər verir ki, Gürcüstan vətəndaşlarına pasport və şəxsiyyət vəsiqələrinin verilməsi, Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı haqqında" qanuna dəyişikliklər edilməsi barədə təklif verilib. Təklifi  hakim Gürcü Arzusu partiyasından olan deputatlar Qoça Enukidze və İlya Tsulaya veriblər. Qanun layihəsi haqqında parlamentin sədri İrakli Kobaxidze bu məsələ hazırda ilkin məsləhətləşmələr mərhələsindədir və bu barədə müzakirələr aparılır deyib.

Login Form

Son xəbərlər