Giorgi Mirianişvili- Samirə İsmayilova son iki seçkilərdə öz kəndində məğlub olur

 Bolnisi Munisipalitetinin  “Gürcü Arzusu Demokratik Gürcüstan” fraksiyasının rəhbəri Giorgi Mirianişvili Cmedia-ya açıqlama verib. O, Bolnisidə olan siyasi vəziyyəti  və 2018-ci il prezident seçkilərində gedən  prosesləri dəyərləndirib.

,, Bolnisidə seçkilər sakit və demokratik şəraitdə keçdi,  hər bir seçicinin öz iradəsi ilə azad şəkildə siyasi seçimini etmək imkanı var idi. Seçki kampaniyası və seçki prosesi zamanı  “ Vahid Milli Hərəkat“ partiyasının nümayəndələri  bir çox qeyri qanuni yollara əl atırdılar və provakasiya hazırlamğa çalışırdılar, sözsüzki biz bu provakasiyaları hüquqi müstəvidə və sakit çərçivədə neytrallaşdırıraraq qarşısını alırdıq.

Mən  rayonumuzda “ Vahid Milli Hərəkat“  partiyasının seçki qabağı kampaniya zamanı verdikləri yalan vədlərə və seçicini səhf yönləndirmələrinə diqqət çəkmək istərdim. Diqqətinizə çatdırmaq istəyirəm ki,  Bolnisidə bütün bu absurt vədləri və əhalini aldatmaq cəhdlərini həyata keçirən “ Vahid Milli Hərəkatın“  Bolnisi rayonunun partiya sədri Samirə İsmayilova idi. Hansı ki, Bolnisidə keçirilən və iştirak etdiyi bütün seçkilərdə əzici məğlubiyyətə uğrayıb.  Onun siyasi çəkisi və tərəfdarlarının sayısı, mənsub olduğu partiyanın Bolnisi rayonunda uğursuzluğu  hər şeyi gün kimi orataya çıxarır, və şəxsən onun öz kəndindəki  ona qarşı necə əhaval ruhiyyə olduğunu 2017-ci və 2018-ci ildə gördük. 2017-ci ildə yerli özünü idarəetmə seçkilərində hansı ki, Darvaz icmasından majoritarlığa namizəd olmuşdu və cəmi 15,73 % səs toplaya bilmişdi.  Bu ildə prezident seçkilərində ümümi  Bolnisi Munisipalieteində də və Darvaz kəndində də məğlub oldular hansı ki, İsmayilova Darvaz kəndidəndir və onun kənddə qohumluq əlaqələri var” – deyə Giorgi Mirianişvili bildirdi.

Mirianişvili, sözlərinə əlavə olaraq söylədi ki, mən hər bir seçicimizə bizə güvəndikləri üçün, bizim tərəfimizi tutduqlları üçün,öz minnətdarlığımı bildirirəm.  Mən bizim xalqımızın düzgün siyasi baxışlarından əmin idim hansı ki,  onların ayrı-ayrılıqda hər biri ölkənin inkişafı və rifahı namninə səs verdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Salome Zurabişvilini Gürcüstan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Noyabrın 28-də ölkəmizdə keçirilən Prezident seçkilərinin 2-ci turunda müstəqil namizəd Salome Zurabişvili, Gürcüstanın son dəfə ümümi xalq seçimi ilə seçilən ilk qadın Prezidenti seçilib.

Cmedia xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Salome Zurabişvilini Gürcüstan Prezidenti seçilməsi münasibəti  ilə təbrik edib.

,, Hörmətli xanım Zurabişvili, Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm." - Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti.

Salome Zurabişvili prezident olaraq ilk rəsmi səfər edəcəyi ölkələr bəlli oldu

Gürcüstanın yeni seçilmiş ilk xanım prezidenti Salome Zurabişvili vəzifəsinin icrasını başladıqdan sonra, ilk rəsmi səfərini Avropa ölkələrindən birinə etməyi planlaşdırır.

Cmedia xəbər verir ki,  S.Zurabişvili ilk səfərini Avropa ölkələrinə edəcəyini və böyük ehtimal Brüssel, Berlin və Paris şəhərlərinə edəcəyini bildirib.

"İlk səfərimin Avropa ölkələrinə olmasını istəyirəm və prezident olduğum gecə seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Litvaya səfərim olacağına heç kəs təəccüblənməməidir" - deyə S.Zurabişvili deyib.

Gürcüstanın 600 mindən artıq vətəndaşının banklara, onlayn təşkilatlara və başqa maliyyə inistutlarına olan borcları silinəcək

Gürcüstanın 600 mindən artıq vətəndaşının banklara, onlayn təşkilatlara və başqa maliyyə inistutlarına olan borcları sıfırlanacaq. Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hakimiyyətin iclasında deyib.

Cmedia xəbər verir ki, baş nazirin sözlərinə görə, borcların silinmə prosesi 15 dekabrdan başlayaraq 31 dekabra qədər davam edəcək. Borcların silinməsi prosesi  „Cartu“ fondunun dəstəyi ilə həəyata keçiriləcək.

„  „Cartu“ fondununa dəstəyi və belə önəmli insiativi üçün təşəkkür edirəm,. İstəyirəm ictiamayyətə açıqlama verəm ki, - banklarda qara siyahıda olan borcların demək olar ki, 95% 2000 lariyə qədər endiriləcək. Burada söhbət 600 000 dən artıq vətəndaşın maliyyə öhdəliklərindən, banklara, onlayn təşkilatlara və yaxud başqa-başqa maliyyə inistutlarına olan borclardan qurtulmasından gedir, hansı ki, ümumilikdə bu məbləğ milyard yarım lari təşkil edir. Bu gün verdiyimiz qərarla, bizim vətəndaşlarımızın bu borcları sıfırlanaraq silinəcək. Qeyd edim ki, bu kateqoriyaya sosial olaraq az təminatlı ailələr və fiziki məhdudiyyətli olan vətəndaşlarımız daxildir. Borcların silinmə prosesi dekabrın 15-dən başlayaraq dekabrın 31-də sona çatacaq. “, – deyə Mamuka Baxtadze bəyanat verib.

Login Form

Son xəbərlər