Ermənistan prezidenti Bidzina İvanişvili ilə görüşüb

Tbilisdə işgüzar səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili ilə görüşüb.

Cmedia xəbər verir ki, bu barədə məlumatı  „Sputnik Ermənistan“ yayıb. Məlumata əsasən, görüş şəxsi xarakter daşıyıb. Məlumatda Armen Sarkisyan və Bidzina İvanişvilinin aralarında uzun illərdir dostluq münasibətləri olduğu bildirilir.

Tbilisiyə 7 prezident qonaq gəlib

Mayın 26-da, Gürüstanın müstəqillik günü ilə əlaqədar ölkəmizə 7 dövlətin prezidentləri gəlib.

Cmedia xəbər verir ki,ilk respublikanın 100 illiyinin qeyd olunacağı tədbirlərdə iştirak etmək üçün, ölkəmizə Gürcüstan prezidentinin dəvəti və təşəbbüsü ilə, 7 ölkə başçısı və 20-ə yaxın başqa dövlətlərin yüksək vəzifəli şəxsləri Tbilisiyə səfər ediblər. 

,, Bu gün  çox önəmlidir ki, Gürcüstanda  Şərqi Avropada məhşur bir iqtisadi forum brendinin əsasıqoyulur və bu vasitə ilə indiyənə qədər Gürcüstana bu qədər yüksək təbəqəli insanlar eyni anda səfər etməyib, buna görədə bu il 26 may özünəməxsusluğu ilə seçiləcək“, - deyə Giorgi Abaşişvili qeyd edib.
Onun sözlərinə görə, bu form Avropalı investorlar arasında Gürcüstanın populyarlaşmasına imkan yaradacaq və iqtisadi inkişafımızda yeni mərjhələyə qədəm qoyacağıq. Abaşişvili bildiridi ki, bu layihə Gürcüstan prezidenti tərəfindən həyata keçirilir və eləcədə 26 mayda bayram tədbirləri zamanı forumun açılışını Gürcüstan, Polşa və Slovakiya prezidentləri və Gürcüstanın baş naziri edəcək.

Marneulidə su təminatı və çirkab təmizləyən sistemlər layihəsinin ictimai müzakirəsi keçirildi

Mayın 24-də Marneuli Meriyasının kiçik konfrans salonunda Gürcüstan Vahid Su Təchizatı şirkətinin nümayəndələri urban xidmətlərinin təkmilləşdirilməsi investisiya proqramı çərçivəsində (USIIP) Marneuli su təchizatı və çirkab təmizləmə sistemlərinin inşaası; Goda və Tamaris məntəqələrinin su sistemlərinin bərpası; Bolnisi su təminatı baş hovuzu və çirkab təmizləmə sistemlərinin inşaası-bərpası layihəsinin ictimai müzakirəsini təşkil etdilər.


Cmedia xəbər verir ki, İctimai müzakirədə merin müavinlri Zaur Tabatadze və Laşa Lobcanidze, Sakrebulo komissiyasının sədrləri, deputatlar, Meriyanın əməkdaşları, yerli sakinlər və Gürcüstan Vahid Su Təchizatı şirkətinin nümayəndələri iştirak edirdilər.
Görüşdə şirkətin nümayəndələri sözü gedən yaşayış məskənlərinin su ilə təmin olunması-çirkabların təmizlənməsi sahəsində olan problemlər barədə iştirakçılara məlumat verərək həlli yollarını araşdırdılar.
Layihənin məqsədi su təchizatı və çirkab təmizləmə sistemlərinin bərpası və genişləndirilməsidir ki, əhali su təchizatı və çirkab təmizləmə sistemlərinin müassir infrastrukturasından yararlansınlar.
Hazırda mövcud sistemlər köhnəlmiş və səmərəsizdir, yerli sakinlərin və turistlərin tələblərinə cavab vermir. Layihə həyata keçəndən sonra təxminən 27 000 sakin yüksək keyfiyyətli 24 saatlıq sudan istifadə edəcəklər, Marneulidə və Bolnisdə isə 29 000 dən çox istifadəçi beynəlxalq standartlara cavab verən su təchizatı və çirkab təmizləmə infrastrukturasından yararlana biləcək.
Layihəni Asiya İnkişaf Bankı maliyyələşdirir və Gürcüstan Vahid Su Təminatı Şirkəti həyata keçirəcək.