Baş nazir Qiorqi Kvirikaşvili istefa verdi

Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili vəzifəsindən istefa edib.

 

Cmedia xəbər verir ki, iyun ayının 13-də Kvirikaşvilinin hökümət dəftərxanasında keçirdiyi brifinq zamanı verdiyi açıqlamadann sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.

"Bildiyiniz kimi, dünən  hakimiyyətin siyasi görüşü baş tutdu və bu görüşdən sonra bir sıra açıqlamalar verildi. Mənim və hakimiyyət arasında fikir ayrılıqları oldu. Konkret olaraq söhbət mənim rəhbərliyim altında aparılan iqtisadi siyasətdən gedirdi. Qeyd etmək istəyirəm ki, özəllklə son aylar ərzində, partiya rəhbəri ilə fundamental məsələlərlə bağlı, fərqli baxış açımız və fikirlərimiz var idi. 2012-ci ildən indiyənədək hələ nazirlik dönəmlərində belə heç vaxt polemikadan çəkinməmişəm və düşünürəm ki, bu gün həmin o an gəlib çatıbdır. Düşünürəm ki, artıq partiya rəhbərinə komandanı öz baxış açısına uyğun  komplektləşdirməsi üçün imkan yaratmaq lazımdır,,- deyə Q. Kvirikaşvili deyib

 

Marneuli meri Temur Abazov Gürcüstan prokrorluğu tərəfindən saxlanılıb

Marneuli meri Temur Abazov saxlanılıb. Onun saxlanılması Marneuli sakininə qarşı qeyri insani və aşağlayıcı hərəkətlər ilə əlaqələndirilit. Faktla bağlı Gürcüstan prokraturası tərəfindən  araşdırma aparılır.


Cmedia interpressnews-a ıstinandən xəbər verir ki, bir neçə gün əvvəl parlament binası qarşısında keçirilən aksiya zamanı, bir nəfər şəxsin Bidzina İvanişviliyə və Temur Abazova qarşı nalayiq ifadələr işlədməsinə görə, onun tərəfdarlarından olan bir qurup həmin şəxsi video görüntüyə alaraq, onun sidik sürtdürüb və özünə qarşı söyüş söydürürlər. Video sosial şəbəkədə sürətlə yayılaraq gündəmə çevirildi. Hadisənin arxasında Marneuli Meri Temur Abazovun olduğu və bunu intiqam niyyəti ilə etdirdiyi güman olunur. İnterpressnews-a qeyd olunan görüntülərlə bağlı, Gürcüstan prokroluğundan verilən məlumata görə, hadisə ilə bağlı qrup halında qeyriinsani və şəxsə qarşı aşağlayıcı hərəkətlər törədmək faktı ilə, Gürcüstan cinayət məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin  " E " bəndi əsas götürülərək istintaq aparılır. 


Azərbaycan Xalq Cuhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib

1918-cil ildə Azərbaycan Demokratik Respublikasının Tbilisidə elan olunduğu indiki “Gənclər sarayında” Azərbaycanın Gürcüstandaki səfirliyi tərəfindən, Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Cmedia xəbər verir ki, Mərasim Azərbaycan və Gürcüstanın dövlət himnlərinin ifa olunması ilə başlayıb.Tədbirə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, xarici işlər naziri Mixeil Canelidze, müdafiə naziri Levan İzoriya, Kvemo Kartli qubernatoru Qriqol Nemsadze və müavini Zaur Darğallı, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgə  müşaviri Ayaz Məmmədov,Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Savalan Mirzəyev və Tamaz Naveriani, Marneuli şəhərinin meri Temur Abazov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri qatılıblar. Tədbirdə ilk olaraq Azərbaycanın Gürcüstandaki səfiri Dursun Həsənov çıxış edərək,  “Azərbaycan və Gürcüstan azad və parlaq gələcəyi olan və beynəlxalq arenada nüfuzlu ölkələrdir. Müstəqillik ən böyük sərvət və nailiyyətdir. Müstəqillik yolunda hər iki xalqa uğurlar diləyirəm”.Daha sonra çıxış edən G.Kvirikaşvili Azərbaycan xalqını Respublika günü və ilk respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi strateji layihələrdən danışıb. Çıxışlardan sonra  Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik aktı oxunub. Rəsmi qəbul canlı konsert proqramı ilə davam edib.

Bəşər Əsəd separatçı Abxaziya və Osetiya rejimininin “müstəqilliyini“ tanıdı

Mayın 29-da Suriya prezidenti Bəşər Əsəd Gürcüstanın işğal olunmuş ərazilərində yaradılmış qondarma  “Cənubi Osetiya Respublikası” və Abxaziyanın “müstəqilliyi"ni "tanıdığı” barədə bəyanat yayıb. Əsəd, separatçılarla  “diplomatik münasibətlər"in” "səfirlik” səviyyəsində qurulmasına dair razılıq əldə olunduğunda gizlətmir.

Cmedia xəbər verir ki, Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri daxilindəki bu separatçı rejimlərdə, öz növbələrində, Suriyanın müstəqillyini “tanıdıqları"nı bildiriblər.  Bəşər Əsəd isə bu addımı atmaqla həmin separatçılar səviyyəsində bir əyalətin başçısı olduğunu nümayiş etdirib. Bu hadisə sübut etdi ki, Əsəd  Moskvaya bağlıdır.  Rusiya öz rəhbərliyi altında bir Suriya qurmaq niyyətindədir. Ölkənin bir hissəsində ABŞ ordusu və onun 8 hərbi bazası, digər bir hissəsində Azad Suriya Ordusu, başqa bir yerdə isə İran hərbçiləri və s. yerləşib. Bundan başqa, onun hakimiyyəti heç də bütün dövlətlər tərəfindən tanınmır. Yaxud Bəşər Əsədin hakimiyyəti də legitim sayılmır. Belə bir vəziyyətdə olan Suriyanın separatçıları “tanıması” ciddi görünmür. Hələ dünya ictimayəti tərəfindən  BMT tərəfindən heç Suriyanın qanuni prezidenti belə sayılmayan, Bəşər Əsədin bu separatçı sevgisnə  görə, Gürcüstan Suriya ilə diplomatik əlaqələrini kəsib . Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua bildirib.

Gürcüstan Demokratik Respublikasının quruluşunda iştirak etmiş Azərbaycanlı

️ 100 il əvvəl, Gürcüstanın qurucular yığıncağında etnik azlıqlardan biri olan- Hüseyin Məmmədovda iştirak ediridi. O, 1875-ci ildə Siğnağinin İormuğanlı kəndində kasıb bir ailədə dünyaya gəlmişdi. İlkin təhsilini evdə almışdı.

Cmedia xəbər verir ki, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət nazirliyi tərəfindən Gürcüstan Demokratik Respublikasının quruluşunda iştirak etmiş etnik azlıq nümayəndələri haqqında məlumatlar dərc olunur. Cmedia olaraq həmin məlumatın tərcüməsini oxucularımıza təqdim edirik.

Hüseyin Məmmədov 1899-cu ildən Sosial-Demokratlar İşçilər partiyasının üzvü olub. 1904-cü ildə Müsəlman Sosial-Demokratlar İşçilər partiyasının ,,Hümmətin“ qurucularındana biri olub.1919-cu ilin martın 12-də qurucular yığıncağına Sosial-Demokratlar İşçilər partiyasının siyahısı ilə üzv seçilib. Aktiv olaraq Gürcüstanda yaşayan müsəlmanların problemlərini müxtəlif komisyalarda qaldırır və onların həlli üçün çalışırdı. Onu İormuğanlı kəndinə rəhbər təyin etdilər. Gürcü mətbuatı ilə sıx əməkdaşlıq edirdi. 1921-ci ildə Sovet işğalından sonra Gürcüstanda qalıb ancaq, onun sonrakı talehi heç kimə məlum deyil.