Gürcüstan Demokratik Respublikasının quruluşunda iştirak etmiş Azərbaycanlı

️ 100 il əvvəl, Gürcüstanın qurucular yığıncağında etnik azlıqlardan biri olan- Hüseyin Məmmədovda iştirak ediridi. O, 1875-ci ildə Siğnağinin İormuğanlı kəndində kasıb bir ailədə dünyaya gəlmişdi. İlkin təhsilini evdə almışdı.

Cmedia xəbər verir ki, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət nazirliyi tərəfindən Gürcüstan Demokratik Respublikasının quruluşunda iştirak etmiş etnik azlıq nümayəndələri haqqında məlumatlar dərc olunur. Cmedia olaraq həmin məlumatın tərcüməsini oxucularımıza təqdim edirik.

Hüseyin Məmmədov 1899-cu ildən Sosial-Demokratlar İşçilər partiyasının üzvü olub. 1904-cü ildə Müsəlman Sosial-Demokratlar İşçilər partiyasının ,,Hümmətin“ qurucularındana biri olub.1919-cu ilin martın 12-də qurucular yığıncağına Sosial-Demokratlar İşçilər partiyasının siyahısı ilə üzv seçilib. Aktiv olaraq Gürcüstanda yaşayan müsəlmanların problemlərini müxtəlif komisyalarda qaldırır və onların həlli üçün çalışırdı. Onu İormuğanlı kəndinə rəhbər təyin etdilər. Gürcü mətbuatı ilə sıx əməkdaşlıq edirdi. 1921-ci ildə Sovet işğalından sonra Gürcüstanda qalıb ancaq, onun sonrakı talehi heç kimə məlum deyil.