Marneulidə su təminatı və çirkab təmizləyən sistemlər layihəsinin ictimai müzakirəsi keçirildi

Mayın 24-də Marneuli Meriyasının kiçik konfrans salonunda Gürcüstan Vahid Su Təchizatı şirkətinin nümayəndələri urban xidmətlərinin təkmilləşdirilməsi investisiya proqramı çərçivəsində (USIIP) Marneuli su təchizatı və çirkab təmizləmə sistemlərinin inşaası; Goda və Tamaris məntəqələrinin su sistemlərinin bərpası; Bolnisi su təminatı baş hovuzu və çirkab təmizləmə sistemlərinin inşaası-bərpası layihəsinin ictimai müzakirəsini təşkil etdilər.


Cmedia xəbər verir ki, İctimai müzakirədə merin müavinlri Zaur Tabatadze və Laşa Lobcanidze, Sakrebulo komissiyasının sədrləri, deputatlar, Meriyanın əməkdaşları, yerli sakinlər və Gürcüstan Vahid Su Təchizatı şirkətinin nümayəndələri iştirak edirdilər.
Görüşdə şirkətin nümayəndələri sözü gedən yaşayış məskənlərinin su ilə təmin olunması-çirkabların təmizlənməsi sahəsində olan problemlər barədə iştirakçılara məlumat verərək həlli yollarını araşdırdılar.
Layihənin məqsədi su təchizatı və çirkab təmizləmə sistemlərinin bərpası və genişləndirilməsidir ki, əhali su təchizatı və çirkab təmizləmə sistemlərinin müassir infrastrukturasından yararlansınlar.
Hazırda mövcud sistemlər köhnəlmiş və səmərəsizdir, yerli sakinlərin və turistlərin tələblərinə cavab vermir. Layihə həyata keçəndən sonra təxminən 27 000 sakin yüksək keyfiyyətli 24 saatlıq sudan istifadə edəcəklər, Marneulidə və Bolnisdə isə 29 000 dən çox istifadəçi beynəlxalq standartlara cavab verən su təchizatı və çirkab təmizləmə infrastrukturasından yararlana biləcək.
Layihəni Asiya İnkişaf Bankı maliyyələşdirir və Gürcüstan Vahid Su Təminatı Şirkəti həyata keçirəcək.