Baş nazir Qiorqi Kvirikaşvili istefa verdi

Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili vəzifəsindən istefa edib.

 

Cmedia xəbər verir ki, iyun ayının 13-də Kvirikaşvilinin hökümət dəftərxanasında keçirdiyi brifinq zamanı verdiyi açıqlamadann sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.

"Bildiyiniz kimi, dünən  hakimiyyətin siyasi görüşü baş tutdu və bu görüşdən sonra bir sıra açıqlamalar verildi. Mənim və hakimiyyət arasında fikir ayrılıqları oldu. Konkret olaraq söhbət mənim rəhbərliyim altında aparılan iqtisadi siyasətdən gedirdi. Qeyd etmək istəyirəm ki, özəllklə son aylar ərzində, partiya rəhbəri ilə fundamental məsələlərlə bağlı, fərqli baxış açımız və fikirlərimiz var idi. 2012-ci ildən indiyənədək hələ nazirlik dönəmlərində belə heç vaxt polemikadan çəkinməmişəm və düşünürəm ki, bu gün həmin o an gəlib çatıbdır. Düşünürəm ki, artıq partiya rəhbərinə komandanı öz baxış açısına uyğun  komplektləşdirməsi üçün imkan yaratmaq lazımdır,,- deyə Q. Kvirikaşvili deyib