Gardabani munisipalitetində, müstəqillik günü menasibəti ilə tədbir keçirildi

Gardabani munisipalitetində Gürcüstanın birinci Demokratik Respublikasının qurulmasının 100 illiyi qeyd olundu. Mayın 26-da Garabani Mədəniyyət Evinin ərazisində Gardabani əhalisi üçün, rəsm və sənət əsərləri, tarixi eksponatlar, gənclərin hazırladıqları əl i.ləri və 26 mayla bağlı foto sərgi nümayiş olunub.

 

 

Cmedia xəbər veiri ki, Gardabani munisipalitetində, müstəqillik günü menasibəti ilə görkəmli konsert proqramı təşkil olnmuşdu. Konsertdə Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən, folklor ansambıllar rəqs ediblər və məktəb şagirdləri bir sıra vətənpərvər mahnılar səsləndirərək iştirak ediblər. Tədbirə Gardabani munisipalitetinin majoritar deputatı Savalan Mirzəyev, şəhər meri Ramaz Budağaşvili və Bələdiyyə rəhbəri Tariel Jaxoteli yerli özünü idarə etmənin digər əməkdaşları ilə birlikdə qatılıblar.

 

 

 

Bolnisidə Gürcüstanın müstəqilliyinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

 

Bu gün Bolnisidə Gürcüstanın müstəqillik gününə həsr olunmuş bir sıra tədbirlər keçirildi.  İlk olaraq, sabah saatlarında Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı, Bolnisi şəhərinin meri Davit Şerazadaşvili və Bolnisi bələdiyyəsinin rəhbəri ilə birlikdə, Rachisubani kəndində yerləşən Gürcüstanın ərazili bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş Bolnisililərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əkil qoyublar.

Cmedia xəbər verir ki, müstəqillik gününə həsr olunmuş tədbir Bolnisi meriyası binasının qarşısında qurulmuş səhnədə, Bolnisi Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən ansambıllar çıxış edib. Tədbirdə Bolnisi şəhərinin meri Davit Şerazadaşvili və Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı sözlə çıxış edərək, bu günki günün önəmindən və müstəqiliyin keçdiyi çətin yollardan danışıblar. Tədbir ərazisində 26 mayla bağlı rəsm və sənət əsərləri nümayiş olunub, mədəniyyət və idman aktivlikləri  keçirilib.