Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara dəniz Universiteti fəaliyyətini dayandırıb

Gürcüstanın Təhsil Nazirliyi Beynəlxalq Qara dəniz Universitetinə bir il boyunca tələbə qəbulunu qadağan edib.

Cmedia xəbər verir ki, buna səbəb kimi universitetin borclarını ödəməməsi göstərilib. Nazirliyin nümayəndəsi Tamar Sanikidze bildirib ki, universitetin dövlətə 715 min lari borcu yığılıb: “Universitetin əmlakı tamamən müsadirə edilib. Rəhbərlik borcları ödəməkdən boyun qaçırır”. Qeyd edək ki, Qara dəniz Universiteti 1995-ci ildən bəri Gürcüstanda fəaliyyət göstərir.

Login Form