Əslən Gürcüstandan olan Asif İbrahimov Latviyada deputatlığa namizəd olub

Əslən Gürcüstanın Kvemo-Kartli bölgəsindən olan Asif İbrahimov Latviya parlamentinə keçiriləcək növbəti seçkilərdə iştirak edəcək.

Cmedia xəbər evr 1989-cu il təvəllüdlü A.İbrahimovun deputatlığa namizədliyi qeydə alınıb. 1996-cı ildən Latviyada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.İbrahimovun namizədliyini ölkənin populyar Sosial Demokrat Partiyası (SDP) irəli sürüb. SDP sonuncu parlament seçkilərində qalib gəlib. 

 

Xəzəryanı dövlətlərin başçıları Aktauda Zirvə görüşü baş tutub

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Cmedia xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Sonra dövlət başçıları birgə foto çəkdirdilər.

Bununla da Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı başa çatıb.

Almaniya kansleri Angela Merkel Gürcüstana səfər edəcək

Avqustun 23-də Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ölkəmizə rəsmi səfər edəcək.

Cmedia xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi səfərin avqustun 23-24-də baş tutacağını bəyan edib. Səfərin hansı çərçivədə olacağı və hansı mövzular haqqında müzakirələr aparılacağı hələki məlum deyil.

 Qeyd edək ki, bu, kansler A.Merkel Gürcüstana ikinci dəfədirki səfər edəcək. Merkel, ilk dəfə Gürcüstana 2008-ci ildə gəlib.

Login Form