Baş nazir 6 bölgənin yeni qubernatorlarını açıqladı

Bu gün saat 11:00  da baş nazir Mamuka Baxtadze hökumət administrasiyasında canlı brifinqlə 6 bölgənin qubernatorunu açıqladı.

Cmedia xəbər verir ki, baş nazir Kvemo Kartli qubernatoru vəzifəsinə Şota Rexviaşvilinin təyin edildiyini açıqladı. Baxtadze Mçxeta-Mtianeti bölgəsinə Şalva Kereselidzenin, Samçxe Cavaxetiyə Besik Amiranaşvilinin, Şida Kartli bölgəsinə Giorgi Bocenşvilinin, Sameqrelo-Zemo Svaneti bölgəsinə Aleksandre Godzerelianın, Guria bölgəsinə  Zurab Nasarayananın və İmereti Şavleqo Tabatadzenin təyin edildiyini açıqladı.

 

Rusiya və Gürcüstan sərhədində tıxac yaranıb

Turistlərin ölkəmizə axın etdiyi isti yay günlərində Rusiya-Gürcüstan sərhədinin "Yuxarı Lars" keçidində bir neçə kilometrlik tıxaclar yaranıb.

Cmedia  xəbər verir ki, minlərlə avtomobil sərhədi keçmək üçün  təxminən 12 saat gözləməli olub. Tıxacla əlaqədar olaraq "Yuxarı Lars - Kazbeqi" nəzarət-buraxılış məntəqəsi gücləndirilmiş iş rejiminə keçib, gələn turistlərin sayı isə durmadan artır, Rusiyadan Gürcüstana avtomobil trafikidə təbii olaraq hədsiz şəkildə artıb.

Bolnisi meri Faxralı kənd sakinləri ilə görüşüb

 Bolnisi şəhərinin meri, Davit Şerazadaşvili və Bolnisinin majoritar deputatı Gogi Meşveliani Faxralı kənd əhalisi ilə görüşərək onların problemlərini dinləyiblər.

 

Cmedia xəbər verir ki, Bolnisi şəhər meri Davit Şerazadaşvili, Bolnisinin majoritar deputatı Googi Meşveliani və Faxralı kənd deputatı Dostu Aşırov ilə birlikdə, əhali ilə görüşərək həm görüləcək işlərdən danışıb həm də daha hansı işləri görmələrini istədiklərini əhalidən soruşub və onların problemlərini dinləyib. Yerli əhalinin dediklərinə görə, kənddə əsas prolem içməli suyun olmaması və yol infrastrukturasının bərbad vəziyyətdə olmasıdır. Görüşdə, Davit Şerazadaşvili, içməli su probleminin həlli ilə bağlı Gürcüstanıın su təchizatı şirkəti ilə birlikdə müzakirələr apardıqlarını və bu səpkidə aktiv işlədiklərini dedi. Yol probleminin isə bu il kəndin daxili yollarının 1000 metr uzunluğunda beton asfaltla təmin olunaraq aradan qaldırılacağını bildirdilər. 

 

Login Form

Son xəbərlər