Kaxa Okriaşvilinin təşəbbüsü ilə, yaşayış məntəqələrinə yüksək dağlıq statusu verilməsi ilə bağlı qanuna dəyişkiliklər ediləcək

Dmanisi və Tsalka Munisipalitetinin majoritar deputatı Kaxa Okriaşvilinin təşəbbüsü ilə, “ yüksək dağlıq bölgələrin inkişafı ilə bağlı“ qanuna dəyişikliklər olunacaq.

Cmedia xəbər verir ki, hazır ki qanuna əsasən, yüksək dağlıq statusunun alınması prosedurası beş kreteriyadan ibarətdir. Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvilinin təşəbbüsü  nəzərə alındıqda isə, xüsusi hallarda, dəniz səviyyəsindən yetəri qədər yüksəklikdə yerləşən yaşayış məntəqələrinə, yüksək dağlıq ərazi statusunu vermək səlahəti hakimiyyətin səlahətlində olacaq. Qanunvericilikdə planlanan dəyişikliklərə əsasən, xüsusi hallarda status verilməsi məsələsinə biləvasitə hakimiyyət özü baxacaq.

Qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə bağlı Kaxa Okriaşvili açıqlamasında, dəyişiliklər ona görə mütləqdir ki, oxşar coğrafi və demoqrafik vəziyyətdə olan kəndlər arasında  eşitsizlik olmasın. Dmanisi Munisipalitetində 58 yaşayış məntəqəsindən 49 məntəqənin yüksək dağlıq ərazi statusu var, ancaq qalan doqquzunun, hansı ki, bəzilərinin statusu olan kəndlərdən az fəqrlənir, onların statusu yoxdur.  Buna görə, Dmanisi şəhərinin və Dmanisi Munisipalitetinin Dunus, Ktsia, Böyük Dmanisi, Kiççik Dmanisi, Vardisubani, Yaqublu, Maşavera və Pantiani kəndləri, qanunla nəzərdə tutulmuş sosial yardımlardan , vergilərdən və əlavə ödənişlərdən və imtiyazlardan faydalana bilmirlər.

“ Yaranmış vəziyyəti yerli əhalidə ədalətsizlik və bərabərsizlik olaraq qiymətləndiri. Dmanisi Munisipalitetində yerləşən yaşayış məntəqlərindən başqa, analoji problemdən başqa Munisipalitetlərin bir çox yaşayış məntəqələrinin sakinləridə əziyyət çəkir.“, - deyə Kaxa Okriaşvili bildirib.

Qeyd edək ki, qanunlayihəsi parlamentin növbəti iclasında təqdim ediləcək. 

Gürcüstan parlamentinin deputatı Kvemo Bolnisidə gənclərlə görüşdü

Oktyabrın 23-də Gürcüstan parlamentinin deputatı Gogi Meşveliani Kvemo Bolnisi (Kəpənəkçi kəndində) gənclərlə görüşdü.

Cmedia xəbər verir ki, Gürcüstan parlamentinin deputatı Gogi Meşveliani Kvemo Bolnisili (Kəpənəkçi) gənclərlə səmimi əhatədə görüşərək onlarla söhbət edib. Gogi Meşveliani, gənclərə dövlətin onlar üçün yaratdığı şəraitdən, gənclərin daha yaxşı təhsil alması üçün təhsil sisteminin necə inkişaf etdirilməsindən və təhsilin önəmindən söhbət açıb. Daha sonra görüş sual cavab rejiində davam edib. Gənclərin problemlərini və onların gələcəklə bağlı fikirlərini dinləyən deputat, gələcəyin gənclərin əlində olduğunu və bu kəntdən olan gənclərin gələcəkdə önəmli yerlərə gələcklərinə inandığını söyləyib. Görüşün sonunda Gogi Meşveliani gənclərlə xatir şəkili çəkdirib.

Talaveri kəndinədə yol asfaltlaşdırılması və içməli su çəkilməsi işlərinə başlanılıb

Bolnisi Munisipalitetinin Talaveri (Faxralı)  kəndində iki önəmli layihənin həyata keçirilməsi başlayıb. Talaveri kəndində 925 metrlik ərazinin asfaltlaşması və 80 ailənin yaşadığı məhəlləyə içməli suyun çəkilməsi prosesi 2018-ci ilin sonuna qədər yekunlaşacaq.

Cmedia xəbər verir ki, oktyabrın 22-də Talaveri kəndində aparılan işləri yerində müşahidə etmək üçün Bolnisi Munisipalitetinin meri Davit Şerazadaşvili və Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı yerli əhali ilə və Birləşmiş Su Təchizatı kompaniyasının nümayəndələri ilə görüşdü. Kəntdə həyata keçiriləcək iki önəmli infrastruktur layihələri tenderdə qalib gələn kompaniyalar həyata keçirəcək. Hazırda kəntdə yolun asfaltlaşdırılması üçün ağır texnikalarla hazırlıq işləri aparılır.Yol  layihəsinin ümumi büdcəsi 700 000 lari təşkil edir və bu layihədən 7000 benefisyar istifadə edəcək. Birləşmiş Su Təchizatı kompaniyasının layihə departamentin əməkdaşları ərazidə müşahidə işləri aparırlar və bunun nəticəsiində bir həftəyə layihə sənədini hazırlayacaqlar. Layihənin təyin olunmasından sonra inşaat tenderi elan olunacaq, layihə sona yetdikdə isə 80-ə yaxın ailənin su problemi birdıfılik həll olunacaq.

 

Login Form

Son xəbərlər