Bolnisi Munisipalitetində "Avropalı Gürcüstan" partiyasının 150 üzvü partiyanı tərk etdi

Bolnisi Munisipalitetində "Avropalı Gürcüstan" partiyasının üzvləri partiyanı tərk etdilər. Partiyanın 150 üzvü bu gün Bolnisi Munisipalitetinin önünə

toplaşaraq "Avropalı Gürcüstan" partiyasını tərk etdiklərini bəyan ediblər.

Cmedia xəbər verir ki, noyabrın 26-da Bolnisi Munisipalitetində "Avropalı Gürcüstan" partiyasının üzvləri  Bolnisi Munisipalitetinin önünə toplaşaraq 150 nəfərin partiyanı tərk etdiyini bəyan ediblər.. Partiyanın rəhbər nümayəndələrindən olan Xələddin İsmayılov Cmedia-ya açıqlama verdi.

,, Biz bu gün 150 nəfər "Avropalı Gürcüstan" partiyasını tərk edirik. Ona görə ki, onlar bizi komisiya üzvlüyündən çıxardaraq bizə xəyanət etdilər. Ancaq bizim partiyanı tərk etməyimizin əsas səbəbi onların ikinci turda "Vahid Milli Hərəkat" partiyasını və onun namizədi Grigol Vaşadzeni dəstəkləməsidir. Biz "Avropalı Gürcüstan"  partiyasını ayrı siyasi güc hesab ediridik, ancaq sonradan məlum oldu ki, onlar əslində " VMH" ilə birdirlər və belə olan halda bu bizə qarşı təhqir və xəyanətdir. Biz " VMH" yi dəstəkləməyəcəyik və partiyanı tərk edirik " - Xələddin İsmayılov bildirb.

"Avropalı Gürcüstan" partiyasının digər üzvləridı bildirirlər ki, onlar aylardır aldadılıblar və əslində bu partiyanın  " VMH" dən fərqi yoxdur və elə birdirlır, bu isə nəinki bizi, Bolnisi əhalisini , Ümumiyyətcə Gürcüstan xalqını aldatmaq və onlara qarşı xıyanət deməkdir. Biz biləndəki onlar birdirlər "Avropalı Gürcüstan" partiyasını tərk etdik çünki, onlar "VMH" ilə birlikdə Gürcüstanı 9 illik qanlı sistemə geri döndərməyə çalışır. Biz isə 9 illik qanlı rejimin geri qayıtmaması üçün, onların namizədinə və Saakaşviliyə yox deyərək partiyanı tərk etdik.

Daxili İşlər Nazirlyi Qızılhacılı kəndində bir qrup cinayətkarın törətdiyi qarət faktını açdı

Daxili İşlər Nazirlyinin Kvemo Kartli polis departamentinin Marneuli rayon şöbəsinin əməkdaşlaının, keçirikləri əməliyyat nəticəsində, Marneulinin qızılhacılı kəndində edilmiş qarət faktını açıb.

Cmedia xəbər veiri ki, əməliyyat axtarışları nəticəsində, məlum olub ki, bu ilin noyabrın 3-də Marneuli munisipalitetinin Qızılhacılı kəndində, bir qrup şəxs yaşayış evinin önündə bir vətəndaşın maşının şüşəsini sındıraraq, ona silah doğruldub əl çanatasını alıblar, hansı ki, çantanın içində 80 000 lari dəyərində qızıl zinyət əşyəları olub. Hadisə ilə bağlı, qruplaşma şəklində böyük miqdarda dəyərli əşyaları mənimsəmək məqsədi ilə törədilmiş cinayət işinin, Gürcüstanın cinayət məscəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin "B" bəndinə və 3-cü hissəsinin "G" bəndinə əsasən, araşdırılmalar davam etdirilir.

Kaxa Okriaşvilinin təşəbbüsü ilə, yaşayış məntəqələrinə yüksək dağlıq statusu verilməsi ilə bağlı qanuna dəyişkiliklər ediləcək

Dmanisi və Tsalka Munisipalitetinin majoritar deputatı Kaxa Okriaşvilinin təşəbbüsü ilə, “ yüksək dağlıq bölgələrin inkişafı ilə bağlı“ qanuna dəyişikliklər olunacaq.

Cmedia xəbər verir ki, hazır ki qanuna əsasən, yüksək dağlıq statusunun alınması prosedurası beş kreteriyadan ibarətdir. Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvilinin təşəbbüsü  nəzərə alındıqda isə, xüsusi hallarda, dəniz səviyyəsindən yetəri qədər yüksəklikdə yerləşən yaşayış məntəqələrinə, yüksək dağlıq ərazi statusunu vermək səlahəti hakimiyyətin səlahətlində olacaq. Qanunvericilikdə planlanan dəyişikliklərə əsasən, xüsusi hallarda status verilməsi məsələsinə biləvasitə hakimiyyət özü baxacaq.

Qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə bağlı Kaxa Okriaşvili açıqlamasında, dəyişiliklər ona görə mütləqdir ki, oxşar coğrafi və demoqrafik vəziyyətdə olan kəndlər arasında  eşitsizlik olmasın. Dmanisi Munisipalitetində 58 yaşayış məntəqəsindən 49 məntəqənin yüksək dağlıq ərazi statusu var, ancaq qalan doqquzunun, hansı ki, bəzilərinin statusu olan kəndlərdən az fəqrlənir, onların statusu yoxdur.  Buna görə, Dmanisi şəhərinin və Dmanisi Munisipalitetinin Dunus, Ktsia, Böyük Dmanisi, Kiççik Dmanisi, Vardisubani, Yaqublu, Maşavera və Pantiani kəndləri, qanunla nəzərdə tutulmuş sosial yardımlardan , vergilərdən və əlavə ödənişlərdən və imtiyazlardan faydalana bilmirlər.

“ Yaranmış vəziyyəti yerli əhalidə ədalətsizlik və bərabərsizlik olaraq qiymətləndiri. Dmanisi Munisipalitetində yerləşən yaşayış məntəqlərindən başqa, analoji problemdən başqa Munisipalitetlərin bir çox yaşayış məntəqələrinin sakinləridə əziyyət çəkir.“, - deyə Kaxa Okriaşvili bildirib.

Qeyd edək ki, qanunlayihəsi parlamentin növbəti iclasında təqdim ediləcək. 

Login Form

Son xəbərlər