"Gürcü Arzusu” partiyasının Marneuli şəhər merliyinə namizədi Zaur Darğallı oldu

May ayının 19-da  Marneuli şəhərində keçiriləcək mer seçkilərində hakim  "Gürcü Arzusu” partiyası namizədini təqdim edib.

Cmedia xəbər verir ki,  "Gürcü Arzusu” nun Tiflis şəhərində yerləşən mərkəzi qərargahında partiya rəhbəri İrakli Garibaşvilinin iştirakı ilə may ayında Marneulidə keçiriləcək mer seçkilərinə partiya öz namizədini təqdim edib.. Hakim “Gürcü Arzusu” partiyası Marneuli rayonunun mer vəzifəsinə hazırki Kvemo-Kartli qubernatorunun  müavini Zaur Darğallının namizədliyini irəli sürüb.  Zaur Füzuli oğlu  Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017 ci ilədək Barışvə Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.   2017-ci ildən isə Kvemo-Kartli qubernatorunun müavini vəzifəsindədir.
Zaur Darğallı ailəlidir iki qız övladı var.

Login Form

Son xəbərlər