Bolnisi Munisipalitetində "Avropalı Gürcüstan" partiyasının 150 üzvü partiyanı tərk etdi

Bolnisi Munisipalitetində "Avropalı Gürcüstan" partiyasının üzvləri partiyanı tərk etdilər. Partiyanın 150 üzvü bu gün Bolnisi Munisipalitetinin önünə

toplaşaraq "Avropalı Gürcüstan" partiyasını tərk etdiklərini bəyan ediblər.

Cmedia xəbər verir ki, noyabrın 26-da Bolnisi Munisipalitetində "Avropalı Gürcüstan" partiyasının üzvləri  Bolnisi Munisipalitetinin önünə toplaşaraq 150 nəfərin partiyanı tərk etdiyini bəyan ediblər.. Partiyanın rəhbər nümayəndələrindən olan Xələddin İsmayılov Cmedia-ya açıqlama verdi.

,, Biz bu gün 150 nəfər "Avropalı Gürcüstan" partiyasını tərk edirik. Ona görə ki, onlar bizi komisiya üzvlüyündən çıxardaraq bizə xəyanət etdilər. Ancaq bizim partiyanı tərk etməyimizin əsas səbəbi onların ikinci turda "Vahid Milli Hərəkat" partiyasını və onun namizədi Grigol Vaşadzeni dəstəkləməsidir. Biz "Avropalı Gürcüstan"  partiyasını ayrı siyasi güc hesab ediridik, ancaq sonradan məlum oldu ki, onlar əslində " VMH" ilə birdirlər və belə olan halda bu bizə qarşı təhqir və xəyanətdir. Biz " VMH" yi dəstəkləməyəcəyik və partiyanı tərk edirik " - Xələddin İsmayılov bildirb.

"Avropalı Gürcüstan" partiyasının digər üzvləridı bildirirlər ki, onlar aylardır aldadılıblar və əslində bu partiyanın  " VMH" dən fərqi yoxdur və elə birdirlır, bu isə nəinki bizi, Bolnisi əhalisini , Ümumiyyətcə Gürcüstan xalqını aldatmaq və onlara qarşı xıyanət deməkdir. Biz biləndəki onlar birdirlər "Avropalı Gürcüstan" partiyasını tərk etdik çünki, onlar "VMH" ilə birlikdə Gürcüstanı 9 illik qanlı sistemə geri döndərməyə çalışır. Biz isə 9 illik qanlı rejimin geri qayıtmaması üçün, onların namizədinə və Saakaşviliyə yox deyərək partiyanı tərk etdik.

Login Form

Son xəbərlər