Kaxa Okriaşvilinin təşəbbüsü ilə, yaşayış məntəqələrinə yüksək dağlıq statusu verilməsi ilə bağlı qanuna dəyişkiliklər ediləcək

Dmanisi və Tsalka Munisipalitetinin majoritar deputatı Kaxa Okriaşvilinin təşəbbüsü ilə, “ yüksək dağlıq bölgələrin inkişafı ilə bağlı“ qanuna dəyişikliklər olunacaq.

Cmedia xəbər verir ki, hazır ki qanuna əsasən, yüksək dağlıq statusunun alınması prosedurası beş kreteriyadan ibarətdir. Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvilinin təşəbbüsü  nəzərə alındıqda isə, xüsusi hallarda, dəniz səviyyəsindən yetəri qədər yüksəklikdə yerləşən yaşayış məntəqələrinə, yüksək dağlıq ərazi statusunu vermək səlahəti hakimiyyətin səlahətlində olacaq. Qanunvericilikdə planlanan dəyişikliklərə əsasən, xüsusi hallarda status verilməsi məsələsinə biləvasitə hakimiyyət özü baxacaq.

Qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə bağlı Kaxa Okriaşvili açıqlamasında, dəyişiliklər ona görə mütləqdir ki, oxşar coğrafi və demoqrafik vəziyyətdə olan kəndlər arasında  eşitsizlik olmasın. Dmanisi Munisipalitetində 58 yaşayış məntəqəsindən 49 məntəqənin yüksək dağlıq ərazi statusu var, ancaq qalan doqquzunun, hansı ki, bəzilərinin statusu olan kəndlərdən az fəqrlənir, onların statusu yoxdur.  Buna görə, Dmanisi şəhərinin və Dmanisi Munisipalitetinin Dunus, Ktsia, Böyük Dmanisi, Kiççik Dmanisi, Vardisubani, Yaqublu, Maşavera və Pantiani kəndləri, qanunla nəzərdə tutulmuş sosial yardımlardan , vergilərdən və əlavə ödənişlərdən və imtiyazlardan faydalana bilmirlər.

“ Yaranmış vəziyyəti yerli əhalidə ədalətsizlik və bərabərsizlik olaraq qiymətləndiri. Dmanisi Munisipalitetində yerləşən yaşayış məntəqlərindən başqa, analoji problemdən başqa Munisipalitetlərin bir çox yaşayış məntəqələrinin sakinləridə əziyyət çəkir.“, - deyə Kaxa Okriaşvili bildirib.

Qeyd edək ki, qanunlayihəsi parlamentin növbəti iclasında təqdim ediləcək. 

Login Form

Son xəbərlər