Tetricğaroda ,,Didqoroba“ bayramı qeyd olundu

Avqustun 12-də  Tetricğaro Munisipalitetində  ,,Didqoroba“ xalq bayramı keçirilib. Tədbidrə baş nazir Mamuka Baxtadze, müdafiə naziri Levan İzoria, Kvemo Kartli qubernatorunun keçici vəzifə icraçısı Levan Metreveli, müavinləri Zaur Darğallı və Kaxa Koberice iştirak edirdilər.

Cmedia xəbər verir ki, bayram tədbiri Gürcüstanın dövlət himni ilə açıq elan olunub və daha sonra baş nazir Mamuka Baxtadze və müafiə Naziri Levan İzoria sözlə çıxış ediblər. Müdafiə naziri iki hərbiçiyə, baş leytenant Aluda Çikovaniyə və kapral Revaz Kolbaiaya  şərəf medalı „Didqori xaçını“ şəxsən təqdim edib. Tədbirdə vətənpərvərliklə bağlı musiqi nömrələri, rəqs və mahnılar, mədəniyyət və idman aktivlikləri nümayiş olunub.

Login Form