Talaveri kəndinədə yol asfaltlaşdırılması və içməli su çəkilməsi işlərinə başlanılıb

Bolnisi Munisipalitetinin Talaveri (Faxralı)  kəndində iki önəmli layihənin həyata keçirilməsi başlayıb. Talaveri kəndində 925 metrlik ərazinin asfaltlaşması və 80 ailənin yaşadığı məhəlləyə içməli suyun çəkilməsi prosesi 2018-ci ilin sonuna qədər yekunlaşacaq.

Cmedia xəbər verir ki, oktyabrın 22-də Talaveri kəndində aparılan işləri yerində müşahidə etmək üçün Bolnisi Munisipalitetinin meri Davit Şerazadaşvili və Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı yerli əhali ilə və Birləşmiş Su Təchizatı kompaniyasının nümayəndələri ilə görüşdü. Kəntdə həyata keçiriləcək iki önəmli infrastruktur layihələri tenderdə qalib gələn kompaniyalar həyata keçirəcək. Hazırda kəntdə yolun asfaltlaşdırılması üçün ağır texnikalarla hazırlıq işləri aparılır.Yol  layihəsinin ümumi büdcəsi 700 000 lari təşkil edir və bu layihədən 7000 benefisyar istifadə edəcək. Birləşmiş Su Təchizatı kompaniyasının layihə departamentin əməkdaşları ərazidə müşahidə işləri aparırlar və bunun nəticəsiində bir həftəyə layihə sənədini hazırlayacaqlar. Layihənin təyin olunmasından sonra inşaat tenderi elan olunacaq, layihə sona yetdikdə isə 80-ə yaxın ailənin su problemi birdıfılik həll olunacaq.