Talaveri kəndində 80-ə yaxın ailənin illərdir mövcud olan su problemi həll olunacaq

Talaveri  kəndində 80-ə yaxın  ailə illərdir su problemidən əziyyət çəkir. Bu il mövcud olan su problemi həll olunacaq.

Cmedia xəbər verir ki, Regional İnkişaf və İnfrastruktura Nazirliyinin Birləşmiş Su Təchizatı Şirkəti, Bolnisi Muniçipalitetinin Talaveri Kəndinin bir yaşayış məntəqəsində, hansı ki, burada yaşayan əhali 16 ildir su problemindən əziyyət çəkir, su sistemlərinin quraşdırılması işlərinə başlayır. Layihənin sənədləşməsi oktyabr ayının sonlarına qədər hazır olacaq, daha sonra tender elan olunacaq və tenderdə qalib gələn şirkət layihəni həyata keçirəcək.  Layihə bitdikdən sonra, Talaveri kəndində yaşayan 80-ə qədər ailənin illərdir mövcud olan problemi həll olunacaq və əhali məhəllə qrantlarından fasiləsiz rejimdə su əldə edə biləcəklər.

Login Form

Son xəbərlər