Gürcüstan Parlamentinin deputatı Arxılı kəndində gənclərlə görüşüb

Oktaybrın 16-da Gürcüstan Parlamentinin deputatı Gogi Meşveliani Arxılı kəndində gənclərlə bir araya gəlib.

 

Cmedia xəbər veirir ki, görüşdə gənclərlə səmimi ortamda görüşən Gogi Meşveliani, onlarla syasi ictimai məslələrlə bağlı söhbət edib. Gənclərin problemlərini dinləyərək onların dostu olduğunu və daima onlarla ünsiyyətdə olduğunu və hər zamanda olacağını söylədi. Meşveliani deputatın gənclər və əhali üçün əlçatan olmasını vurğulayaraq hər zaman gənclərin onunla istənilən vaxtda istənilən mövzuda əlaqə qurmalarını istəyib. Daha sonra görüş sual cavab şəraitində davam edib və Gogi Meşveliani gənclərin bütün suallarını cavablandırıb.  

 

Baş nazir 6 bölgənin yeni qubernatorlarını açıqladı

Bu gün saat 11:00  da baş nazir Mamuka Baxtadze hökumət administrasiyasında canlı brifinqlə 6 bölgənin qubernatorunu açıqladı.

Cmedia xəbər verir ki, baş nazir Kvemo Kartli qubernatoru vəzifəsinə Şota Rexviaşvilinin təyin edildiyini açıqladı. Baxtadze Mçxeta-Mtianeti bölgəsinə Şalva Kereselidzenin, Samçxe Cavaxetiyə Besik Amiranaşvilinin, Şida Kartli bölgəsinə Giorgi Bocenşvilinin, Sameqrelo-Zemo Svaneti bölgəsinə Aleksandre Godzerelianın, Guria bölgəsinə  Zurab Nasarayananın və İmereti Şavleqo Tabatadzenin təyin edildiyini açıqladı.

 

Rusiya və Gürcüstan sərhədində tıxac yaranıb

Turistlərin ölkəmizə axın etdiyi isti yay günlərində Rusiya-Gürcüstan sərhədinin "Yuxarı Lars" keçidində bir neçə kilometrlik tıxaclar yaranıb.

Cmedia  xəbər verir ki, minlərlə avtomobil sərhədi keçmək üçün  təxminən 12 saat gözləməli olub. Tıxacla əlaqədar olaraq "Yuxarı Lars - Kazbeqi" nəzarət-buraxılış məntəqəsi gücləndirilmiş iş rejiminə keçib, gələn turistlərin sayı isə durmadan artır, Rusiyadan Gürcüstana avtomobil trafikidə təbii olaraq hədsiz şəkildə artıb.

Login Form